SKY INVESTMENT HOLDING

TARİX

TARİX

Azərbaycanda üzümçülük və şərabçılıq ölkə mədəniyyəti ilə sıx şəkildə bağlıdır. Üzümçülük və xüsusilə şərabçılıq indiki səviyyəsinə çatana qədər uzun və keşməkeşli bir yol keçmişdir. Regionun əlverişli torpaq və iqlim şəraiti minilliklər boyu burada üzümçülük mədəniyyətinin geniş yayılmasına şərait yaradıbdır.

Hələ minilliklər öncə, Qafqazda milli dövlətlərin təşəkkül tapmasından xeyli əvvəl, orada yaşayan insanlar artıq üzüm becərirdilər.

Azərbaycan üzümçülüyünün yaranması Tersiyer dönəminə təsadüf edir. Milli Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu həm maddi, həm də qeyri-maddi mədəniyyət abidələrində öz əksini tapmış üzümçülük ənənələrinin qədimliyini sübut edən dəlillər aşkar etmişdir.

Bizim əsas fəlsəfəmiz

Azərbaycanda üzümçülüyün tarixi kökləri Tersiyer dönəminə gedib çıxır.
1950-ci illər Azərbaycanda üzümçülüyün inkişaf tarixində dönüş nöqtəsi olmuşdur: məhz həmin dövrdə ölkənin Qarabağ-Mil, Quba-Xaçmaz və Lənkəran-Cəlilabad zonalarında üzümçülük və şərabçılıq üzrə ixtisaslaşmış yeni inzibati vahidlər yaradılmışdır. Üzümçülük tarixində dönüş məqamı.