SKY INVESTMENT HOLDING

Qədim ənənələr
ən yüksək səviyyədə dirçəldildi.

Qədim ənənələr
ən yüksək səviyyədə dirçəldildi.

Hekayəmiz

Azərbaycanda üzümçülük və şərabçılıq ölkə mədəniyyəti ilə sıx şəkildə bağlıdır. Üzümçülük və xüsusilə şərabçılıq indiki səviyyəsinə çatana qədər uzun və keşməkeşli bir yol keçmişdir. Regionun əlverişli torpaq və iqlim şəraiti minilliklər boyu burada üzümçülük mədəniyyətinin geniş yayılmasına şərait yaradıbdır.

Azərbaycan üzümçülüyünün yaranması Tersiyer dönəminə təsadüf edir. Milli Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu həm maddi, həm də qeyri-maddi mədəniyyət abidələrində öz əksini tapmış üzümçülük ənənələrinin qədimliyini sübut edən dəlillər aşkar etmişdir.

Məhsullar

SƏDƏF

SƏDƏF — orqanik ağ quru şərabdır, Marsan (Marsanne), Rusan (Roussanne), Qrenaş Blan (Grenache Blanc) və Kleret (Clairette) üzüm sortlarının kupajından istehsal olunur. Şaftalı və kumkvat notları ilə seçilən balanslaşdırılmış dada malikdir. Sobada bişirilmiş balıq, dəniz məhsulları, quş əti, qaymaqlı souslu pasta, tərəvəz yeməkləri və yumşaq pendirlərlə mükəmməl uyğunlaşır.

Ağ quru
2024
13.5%
0.75 L

BÜLLURİ

BÜLLURİ — orqanik ağ quru şərabdır, Bayanşira (Bayanshira), Kleret (Clairette), Mtsvane (Mtsvane) və Rkatsiteli (Rkatsiteli) üzüm sortlarının kupajından istehsal olunur. Armud və limon notları ilə seçilən balanslaşdırılmış dada malikdir. Sobada bişirilmiş balıq, dəniz məhsulları, quş əti, qaymaqlı souslu pasta, tərəvəz yeməkləri və yumşaq pendirlərlə mükəmməl uyğunlaşır.

Ağ quru
2020
13.5%
0.75 L

MAHRU

MAHRU — orqanik ağ quru şərabdır, Bayanşira (Bayanshira) üzüm sortundan istehsal olunur. Badam və şaftalı notları ilə seçilən balanslaşdırılmış dada malikdir. Balıq və dəniz məhsulları, quş əti, təzə salatlar, göyərti və tərəvəz yeməkləri, yüngül qəlyanaltılar, yumşaq pendirlər və Aralıq dənizi mətbəxinin yüngül yeməkləri ilə mükəmməl uyğunlaşır.

Ağ quru
2023
12.5%
0.75 L

MƏRCAN

MƏRCAN — orqanik qırmızı quru şərabdır, Marselan (Marselan), Senso (Cinsault), Karinyan (Carignan), Qrenaş Nuar (Grenache Noir), Murvedr (Mourvèdre) və Saperavi (Saperavi) üzüm sortlarının kupajından istehsal olunur. Kəklikotu, mentol və qara gavalı qurusu notları ilə seçilən mürəkkəb və balanslaşdırılmış dada malikdir. Dana əti, quzu əti, kabablar, qrildə bişirilmiş quş əti, ətli pizza və pasta, göbələk yeməkləri və yetişdirilmiş pendirlərlə mükəmməl uyğunlaşır.

Qırmızı quru
2021
13.6%
0.75 L

İNNABI

İNNABI — orqanik qırmızı quru şərabdır, Saperavi (Saperavi), Mədrəsə (Madrasa), Şirvanşahı (Shirvanshahi) və Xindoqnı (Khindogni) üzüm sortlarının kupajından istehsal olunur. Rozmarin və qara gavalı notları ilə seçilən dolğun və balanslaşdırılmış dada malikdir. Qırmızı ət, quzu kababı, sobada bişirilmiş ət, ov əti, ədviyyatlı ət yeməkləri, göbələk və uzun müddət yetişdirilmiş pendirlərlə mükəmməl uyğunlaşır.

Qırmızı quru
2020
13.5%
0.75 L

MƏXMƏRİ

MƏXMƏRİ — orqanik qırmızı quru şərabdır, Marselan (Marselan), Senso (Cinsault), Karinyan (Carignan) və Murvedr (Mourvèdre) üzüm sortlarının kupajından istehsal olunur. Böyürtkən, qara qarağat, istiot və dəfnə yarpağı notları ilə seçilən mürəkkəb və balanslaşdırılmış dada malikdir. Qrildə və ya sobada bişirilmiş quzu və mal əti, kabablar, ov əti, göbələk yeməkləri, zəngin ət yeməkləri və yetişdirilmiş sərt pendirlərlə mükəmməl uyğunlaşır.

Qırmızı quru
2021
13.5%
0.75 L

ƏSMƏR

ƏSMƏR — orqanik qırmızı quru şərabdır, Mədrəsə (Madrasa) üzüm sortundan istehsal olunur. Böyürtkən, qaragilə və turş albalı notları ilə seçilən dolğun və balanslaşdırılmış dada malikdir. Quzu əti, dolma, kabablar, sobada bişirilmiş ət, ətli pasta, qrildə bişirilmiş tərəvəzlər və orta müddət yetişdirilmiş pendirlərlə mükəmməl uyğunlaşır.

Qırmızı quru
2023
14%
0.75 L

SƏNƏM

SƏNƏM — orqanik çəhrayı quru şərabdır, Senso (Cinsault) üzüm sortundan istehsal olunur. Çiyələk, nar və nektarin notları ilə seçilən balanslaşdırılmış dada malikdir. Yüngül qəlyanaltılar, təzə salatlar, qrildə bişirilmiş balıq və quş əti, dəniz məhsulları, pizza və yumşaq pendirlərlə mükəmməl uyğunlaşır.

Çəhrayı quru
2024
12%
0.75 L

Abqoranı ziyarət edin

Zərif interyerə malik “Abgora” restoranı qonaqların rahat istirahəti üçün hər cür şəraitə malikdir. 200 nəfərliklik tutuma malik restoran öz ziyarətçilərinə Azərbaycan və Avropa mətbəxinin ən ləziz təamlarını təqdim edir.

Abqoranı ziyarət edin

Zərif interyerə malik “Abgora” restoranı qonaqların rahat istirahəti üçün hər cür şəraitə malikdir. 200 nəfərliklik tutuma malik restoran öz ziyarətçilərinə Azərbaycan və Avropa mətbəxinin ən ləziz təamlarını təqdim edir.

Media

ORSER

Orser Kontrol
ve Sertifikasyon A.Ş.

4398

m2 şərabçılıq
sahəsi

1

şərab
zavodu

18

üzüm
növü

1500

satış
nöqtəsi

Şərabçılığımız

Hazırda çeşidimizə fransız və Azərbaycan üzüm sortlarının qeyri-adi kupajından hazırlanan altı növ şərab daxildir. “Ecocert” sertifikatı ən yaxşı ekoloji cəhətdən təhlükəsiz və sosial məsuliyyətli praktikalara sadiqliyin təminatı və təsdiqidir. Bu yanaşma şirkətin əsrimizin ekoloji çağırışlarına göstərdiyi diqqəti əks etdirir.

Xəbərlər

“Meysari” orqanik şərabının mayın 15-də Londonda keçiriləcək ən böyük şərab və spirtli içkilər sərgilərindən biri olan “London Wine Fair”də iştirak edəcəyini sizinlə bölüşməkdən böyük qürur duyuruq.
“Meysari” orqanik şərabının mayın 15-də Londonda keçiriləcək ən böyük şərab və spirtli içkilər sərgilərindən biri olan “London Wine Fair”də iştirak edəcəyini sizinlə bölüşməkdən böyük qürur duyuruq.
“Meysari” orqanik şərabının mayın 15-də Londonda keçiriləcək ən böyük şərab və spirtli içkilər sərgilərindən biri olan “London Wine Fair”də iştirak edəcəyini sizinlə bölüşməkdən böyük qürur duyuruq.